logo
logo logo
logo

Tramp Türkiyəyə yola düşür - Bu mövzular müzakirə olunacaq

17:10 - 06 İyul 2026

Tramp Türkiyəyə yola düşür - Bu mövzular müzakirə olunacaq

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran ABŞ Prezidenti Donald Trampın sabah Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Duranın sözlərinə görə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında iyulun 7-də Ankaraya gələcək.

Bildirilib ki, Ankara şəhərində keçiriləcək danışıqlar zamanı Türkiyə ilə ABŞ arasında müdafiə, ticarət, investisiyalar və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti hərtərəfli nəzərdən keçiriləcək.

Tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün atıla biləcək addımları müzakirə edəcəklər.

Burhanəddin Duran qeyd edib ki, görüşlərdə qlobal və regional proseslər ətrafında da geniş fikir mübadiləsi aparılması nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az