Konqo Demokratik Respublikasının şərqində mayın 15-də elan edilən 17-ci Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 1 561-ə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəstəlik səbəbindən indiyədək 506 nəfər həyatını itirib.
Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, epidemiyaya Bundibuqyo ştamına aid Ebola virusu səbəb olub.
Hazırda 253 nəfərin sağaldığı bildirilir. Daha 628 xəstənin isə təcrid şəraitində və ya xəstəxanalarda müalicəsi davam etdirilir.
Epidemiya əsasən İturi əyaləti ilə yanaşı, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yerləşən ümumilikdə 36 inzibati ərazini əhatə edir.
Səhiyyə qrupları virusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə erkən aşkarlama və nəzarət tədbirlərini davam etdirirlər.