logo
logo logo
logo

Norveçdə ən böyük YANĞIN

16:34 - 19 İyul 2026

Norveçdə ən böyük YANĞIN

Norveçdə İkinci Dünya müharibəsindən bəri ən böyük yanğın baş verib.



Manset.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Oslo şəhərindən 50 kilometr qərbdə yerləşən Krokstadelva qəsəbəsində artıq 100-dən çox yaşayış evi yanıb və yanğın yaxınlıqdakı meşə massivinə yayılıb.

Yanğının söndürülməsinə 12 yanğınsöndürən maşın və iki helikopter cəlb edilib. Daha dörd helikopter də əraziyə göndəriləcək. İndiyə qədər 400 yerli sakin təxliyə olunub. On nəfər tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, iyulun əvvəlində müşahidə olunan ekstremal isti və quraq hava şəraiti fonunda İspaniya, Fransa, Portuqaliya və Yunanıstanda da genişmiqyaslı meşə yanğınları baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az