logo
logo logo
logo

Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı

16:58 - 19 İyul 2026

Göyərtəsində 116 sərnişin olan gəmi qəzaya uğradı

Qayana sahillərində Şimal-Qərb rayonuna (Barima-Vaini bölgəsi) hərəkət edən MV BARIMA bərəsi aşıb.


Manset.az xəbər verir ki, bu barədə "Demerara Waves" nəşrinə açıqlamasında ölkənin ictimai məsələlər naziri Xuan Edqxill məlumat verib.

Nazirin sözlərinə görə, bərədə təxminən 116 nəfər olub. Onlardan səkkiz nəfər xilas edilib, digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

"Hazırda genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır və onların sağ-salamat tapılması üçün dua edirik", – deyə Xuan Edqxill bildirib.

İlkin məlumata əsasən, bərə paytaxt Corctaundan Port-Kaytumaya doğru hərəkət edirmiş. Xilasedicilər sərnişinlərin siqnal raketləri buraxmasından sonra gəminin yerini müəyyən edə biliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az