Qırğızıstanın İssık-Göl vilayətində 5 maqnitudalı zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan Seysmologiya İnstitutunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 02:41-də İssık-Göl vilayətinin Öttük kəndindən 5 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin intensivliyi Öttük və Kazan-Kuyqan kəndlərində 5, Cerqe-Tal, Qızıl-Cıldız, Eçki-Başı və Əməkçil kəndlərində 4, Narın şəhəri və ətraf yaşayış məntəqələrində isə 3 bal təşkil edib. Hadisə nəticəsində ölən, xəsarət alan və ya dağıntılarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.