logo
logo logo
logo

Çində daşqın oldu - Ölənlər var

15:36 - 26 İyul 2026

Çində daşqın oldu - Ölənlər var

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən qəfil daşqın nəticəsində azı 10 nəfər həyatını itirib, daha 23 nəfər isə xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Dinsi şəhər dairəsinə daxil olan Veyyuan rayonunun yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə iyulun 26-da Dinsi şəhərinə bağlı Veyyuan rayonundakı turizm zonalarından birində qeydə alınıb. Qısamüddətli, lakin güclü yağışlar nəticəsində yaranan daşqın ərazidə düşərgə salan turistləri çətin vəziyyətdə qoyub. Onlardan bir neçəsi təbii fəlakət səbəbindən ərazidə köməksiz vəziyyətdə qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az