logo
logo logo
logo

"Türkiyə böyük müttəfiqimizdir" - Tramp

14:52 - 28 İyul 2026

\"Türkiyə böyük müttəfiqimizdir\" - Tramp

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqtonun Türkiyəyə F-35 qırıcılarının satılmasına etiraz etməsinə münasibət bildirib.


Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Vaşinqtondan Miçiqana uçarkən jurnalistlərin suallarını cavablandırıb. Netanyahunun Türkiyəyə F-35 satışına qarşı çıxması ilə bağlı suala cavab verən ABŞ Prezidenti bildirib ki, heç kim ABŞ-yə kimə silah satıb-satmamalı olduğunu diktə edə bilməz.

"Türkiyə mənim üçün əla müttəfiq olub. Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostumdur. Heç kim mənə kimə nəyi satıb-satmamağımız lazım olduğunu deyə bilməz. Türkiyə böyük müttəfiqimizdir", - deyə Tramp vurğulayıb.

O, Türkiyə ilə İsrail arasında fikir ayrılıqlarının hər kəsə məlum olduğunu qeyd edib.

Tramp Ankaraya səfərini də yüksək qiymətləndirərək Türkiyənin güclü dövlət və güclü orduya malik olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə müasir hərbi texnika ilə təchiz olunmuş böyük silahlı qüvvələrə sahibdir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az