logo
logo logo
logo

Helikopter qəzası baş verdi - Həlak olanlar var

10:40 - 30 İyul 2026

Helikopter qəzası baş verdi - Həlak olanlar var

Argentinanın San-Xuan əyalətində "Bell 412" tipli helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, San-Xuan əyalətinin qubernatoru Marselo Orreqo sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib ki, helikopter əyalətə bağlı İşiqualasto Dövlət Parkı ərazisində hələlik müəyyən edilməmiş səbəbdən qəzaya uğrayıb.

Qubernator açıqlamasında qeyd edib:

"Əyalətimizdə baş vermiş və təəssüf ki, 7 nəfərin həyatına son qoymuş helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır gündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Doğmalarını itirən hər bir ailənin yanındayıq".

Məlumata görə, qəza nəticəsində həlak olanlar arasında San-Xuan Mülki Müdafiə Xidmətinin rəhbəri Karlos Herediya, əyalət polis rəisinin müavini German Videlya, eləcə də Yanğından Mühafizə İdarəsində çalışan polis rəisləri Ruben Kastro və Xorxe Karbaxal da var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az