"Oskar" mükafatına layiq görülmüş aktyor və müğənni Cared Leto yenidən cinsi istismar ittihamlarının hədəfinə çevrilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, BBC News tərəfindən hazırlanan "Jared Leto: Hollywood's Dark Secret" ("Cared Leto: Hollivudun qaranlıq sirri") adlı sənədli filmdə çıxış edən 10 qadın iddia edib ki, Leto 2002–2016-cı illər ərzində onların yetkinlik yaşına çatmadıqları və ya çox gənc olduqları dövrdə cinsi zorakılıq və qeyri-etik xarakterli hərəkətlər edib.
Sənədli filmdə, həmçinin, Letonun konsert turlarında çalışmış keçmiş komanda üzvlərinin müsahibələrinə də yer verilib.
Cared Leto isə nümayəndələri vasitəsilə daha əvvəl səsləndirilən bütün ittihamları rədd edib. O, bu iddiaların "tamamilə həqiqətə uyğun olmadığını" bildirib.
Qeyd edək ki, barəsində irəli sürülən ittihamları qəbul etməyən Cared Leto ilə bağlı yeni iddiaların səsləndirilməsi davam edir.