logo
logo logo
logo

2 uşaq anası evdə ölü tapıldı - Türkiyədə DƏHŞƏT

11:48 - 30 İyul 2026

2 uşaq anası evdə ölü tapıldı - Türkiyədə DƏHŞƏT

Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda iki uşaq anası, 32 yaşlı Buse Taşer yaşadığı evdə odlu silahla vurularaq ölmüş vəziyyətdə aşkarlanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Nilüfər rayonunun Beşevlər məhəlləsində baş verib. Evdən atəş səsinin eşidilməsi ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Həkimlərin müayinəsi zamanı Buse Taşerin döş qəfəsinə tapançadan açılan atəş nəticəsində həyatını itirdiyi müəyyən edilib.

Polisin hadisə yerində apardığı araşdırmalardan sonra meyit məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün Bursa Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna aparılıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Fakt üzrə araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az