Pakistanın Lahor şəhərində üçmərtəbəli bina uçub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Lahor şəhərində yerləşən üçmərtəbəli bina hələ ki müəyyən edilməyən səbəbdən çöküb.
Səlahiyyətli qurumlar bildiriblər ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı axtarış-xilasetmə qrupları və tibbi yardım briqadaları göndərilib.
Binanın uçması nəticəsində eyni ailənin 11 üzvünün həlak olduğu, dağıntılar altından çıxarılan 6 yaralının isə xəstəxanaya yerləşdirilərək müalicə aldığı qeyd olunub.