İraqın Kərkük şəhəri yaxınlığında 4 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, zəlzələ Kərkük şəhəri ərazisində qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib.
Hadisə nəticəsində ölən, xəsarət alan və ya maddi ziyanın olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.