Fransa Mərakeşin şimalındakı Fnideq şəhərindən İspaniyanın nəzarətində olan Seuta şəhərinə keçməyə çalışan qeyri-qanuni miqrantların sayının artması fonunda İspaniya ilə sərhəddə nəzarət tədbirlərini gücləndirmək qərarına gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nünez sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Seuta istiqamətində yaranmış vəziyyət nəzərə alınaraq ötən gecə təcili şəkildə İspaniya sərhədində nəzarətin sərtləşdirilməsi barədə göstəriş verib.
Nazir həmçinin sərhəd-keçid məntəqələrində Sürətli Sərhəd Müdaxilə Qüvvələrinin səfərbər edilməsi ilə bağlı da tapşırıq verdiyini açıqlayıb.
Bundan əvvəl Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı anklavı olan Seutaya üzərək keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrantın qarşısı alınıb.
İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə əlaqədar hökumətin bütün mövcud resurslarını səfərbər etdiyini bildirib.
Qeyri-qanuni miqrasiya cəhdlərinin artması səbəbindən İspaniya hökuməti Seutada təhlükəsizliyin təmin edilməsi üçün silahlı qüvvələrin bölgəyə yerləşdirilməsi barədə qərar qəbul edib.
Rəsmi Madridin məlumatına görə, son 24 saat ərzində üzərək və ya piyada Seutaya daxil olan şəxslərin sayının 49 mindən çox olduğu ehtimal edilir.