logo
logo logo
logo

Rusiya ABŞ-nin dron zavodunu vurdu

17:47 - 31 İyul 2026

Rusiya ABŞ-nin dron zavodunu vurdu

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi ballistik raket hücumu nəticəsində ABŞ-ın Terminal Autonomy şirkətinə məxsus pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodu məhv edilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu hadisə müharibənin başlanmasından bu yana Ukrayna ərazisində birbaşa ABŞ şirkətinin hədəf alındığı ilk hücum kimi qeydə alınıb.

Bildirilib ki, hücuma məruz qalan müəssisə ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçmiş Terminal Autonomy şirkətinə aid olub. Zavodda Rusiya tərəfindən istifadə edilən elektron mübarizə sistemlərinə qarşı dayanıqlı, dəqiq idarəetmə imkanlarına malik uzaqmənzilli hücum dronları istehsal edilirdi.

Müəssisədə Ukrayna ordusunun istifadə etdiyi AQ-400 ScytheAQ-100 Bayonet tipli döyüş dronlarının istehsal olunduğu qeyd edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az