logo
logo logo
logo

Hindistanda güclü yağışlar 164 can aldı

17:18 - 05 Avqust 2026

Hindistanda güclü yağışlar 164 can aldı

Hindistanda iyul ayından etibarən davam edən musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 164 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Assam Ştatı Fəlakətlərin İdarə Olunması İdarəsinin məlumatına görə, yağışlardan ən çox zərər çəkən və ən çox insan itkisi qeydə alınan Assam ştatında baş verən daşqınlar nəticəsində azı 88 nəfər ölüb. Həlak olanlar arasında 10 uşaq da var.

Ölkənin cənubunda yerləşən Kerala ştatında isə leysan yağışları nəticəsində 26 nəfər həyatını itirib.

Kerala ştatının baş naziri V. D. Satheesan jurnalistlərə açıqlamasında bildirib ki, güclü yağışlar səbəbindən 27 mindən çox sakin yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, təbii fəlakətlər nəticəsində 11 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşüb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az