logo
logo logo
logo

Süni intellektlə yeni viruslar yaradıldı

14:22 - 07 Avqust 2026

Süni intellektlə yeni viruslar yaradıldı

ABŞ-də fəaliyyət göstərən alimlər süni intellekt tərəfindən layihələndirilən ilk virusları hazırlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Stanford Universitetinin tədqiqatçıları laboratoriyada çoxala bilən, tam funksional yeni virusların hazırlanması üçün süni intellektdən istifadə ediblər.

Araşdırmaçılar süni intellekt çat-botlarının əsasını təşkil edən böyük dil modellərinin genetik analoqu hesab olunan genom dil modellərindən istifadə edərək bakteriyaları yoluxduran və "bakteriofaq" adlandırılan viruslar üçün funksional genomlar hazırlayıblar.

Tədqiqat çərçivəsində ilk dəfə olaraq tam genomlar süni intellekt vasitəsilə layihələndirilib. Bu üsulla yaşamaq qabiliyyətinə malik 16 yeni virus yaradılıb. Həmin viruslar bakteriyaları yoluxdurmaq məqsədilə hazırlanıb.

Hazırlanan viruslar laboratoriyada Petri qabında Escherichia coli (E. coli) bakteriyası ilə qarşılaşdırılıb. Müşahidələr zamanı virusların bir qisminin E. coli bakteriyasının iki fərqli növünün müdafiə mexanizmini aşdığı müəyyən edilib.

Tədqiqatçılar bildiriblər ki, yaradılan bu viruslar insanlar üçün heç bir təhlükə yaratmır.

Araşdırmanın nəticələri "Science" elmi jurnalında dərc olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az