logo
logo logo
logo

Məşhur aktrisanın ailəsində qalmaqal - Anadan şok iddia

15:45 - 07 Avqust 2026

Məşhur aktrisanın ailəsində qalmaqal - Anadan şok iddia

"Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının razılığı olmadan müxtəlif layihələrdə çəkildiyini və rol yoldaşı Hakan Çələbi ilə münasibətdə olduğunu iddia edərək İstanbul Anadolu Baş Prokurorluğuna müraciət edib. Məlum olub ki, aktrisanın anası Kader Çiftçi isə həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ünal Çiftçi prokurorluğa təqdim etdiyi müraciətdə bildirib ki, azyaşlı qızı onun razılığı olmadan film və seriallarda çəkilib. O, həmçinin qızının eyni serialda rol alan Hakan Çələbi ilə münasibətdə olduğunu iddia edib.

Ata bu səbəbdən həm aktyor, həm də aktrisanın əməkdaşlıq etdiyi menecer agentliyi barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Digər tərəfdən, aktrisanın anası Kader Çiftçi məhkəməyə müraciət edərək həyat yoldaşı Ünal Çiftçiyə qarşı boşanma iddiası qaldırıb. O, iddia ərizəsində həyat yoldaşını nikah sədaqətini pozmaqda ittiham edib.

Yerli KİV-in yaydığı məlumata görə, Kader Çiftçi qızlarının qazandığı vəsaitin həyat yoldaşı tərəfindən başqa qadınlarla münasibətlərinə xərcləndiyini iddia edib və bunun ailədaxili münasibətlərə ciddi zərbə vurduğunu bildirib.

İş üzrə məhkəmə baxışının yaxın vaxtlarda keçirilməsi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az