logo
logo logo
logo

Londonda bəzi restoranlarda bu cihaz qadağan edildi

16:51 - 07 Avqust 2026

Londonda bəzi restoranlarda bu cihaz qadağan edildi

Meta yeni nəsil ağıllı eynəklərinin daha geniş istifadəçi kütləsi tərəfindən qəbul edilməsini təmin etmək məqsədilə onların təqdimat kampaniyasına Kayli Cenner kimi tanınmış simaları cəlb edib. Lakin şirkətin bu planı Böyük Britaniyada maneə ilə üzləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən bir sıra lüks restoranlar müştərilərin və əməkdaşların şəxsi həyatının toxunulmazlığını qorumaq məqsədilə dəyəri 359 funt sterlinq olan bu ağıllı eynəklərin istifadəsini qadağan ediblər.

Londonda yerləşən Simpsons in the Strand, Arlington və The Park restoranlarının sahibi Ceremi Kinq bildirib ki, qonaqların görüntü yazmaq imkanı olan bu eynəklərdən istifadə etməsinə icazə verilməyəcək.

Onun sözlərinə görə, insanların anadangəlmə gözləri istisna olmaqla, heç bir cihaz vasitəsilə qonaqların məxfiliyinin pozulmasına yol verməyəcək.

Oxşar qayda özəl üzvlük sistemi ilə fəaliyyət göstərən Soho House klub şəbəkəsində də tətbiq olunur. Klub rəhbərliyi məkanlarında icazəsiz foto və video çəkilişinə icazə verilmədiyini, Meta-nın ağıllı eynəklərinin də bu qaydadan istisna təşkil etmədiyini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az