İspaniya hökuməti İtaliyanın İspaniyadan gələn sərnişinlərə tətbiq etdiyi müvəqqəti sərhəd nəzarətini ləğv etməyəcəyi təqdirdə qarşılıqlılıq prinsipi əsasında mütənasib tədbirlər görəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, qərar Seuta istiqamətində qeyri-qanuni miqrasiya cəhdlərindən sonra İtaliyanın tətbiq etdiyi sərhəd nəzarəti ilə bağlı yaranmış gərginlik fonunda verilib.
İspaniya hökumətinin yaydığı bəyanatda Roma administrasiyasının bu addımı "birtərəfli", "əsassız" və "son dövrlərdə analoqu olmayan qərar" kimi qiymətləndirilib.
Bəyanatda bildirilib ki, tətbiq edilən sərhəd nəzarəti yay turizm mövsümünün ən intensiv dövründə minlərlə sərnişinin səfərinə maneələr yaradıb və hüquqi qeyri-müəyyənliyə səbəb olub.
Madrid rəsmiləri vurğulayıblar ki, İtaliya mövcud məhdudiyyətləri aradan qaldırmasa, İspaniya da qarşılıqlılıq prinsipi əsasında mütənasib addımlar atacaq.