logo
logo logo
logo

Yaponiyanın 2 adası təcili boşaldılır - VİDEO

16:53 - 08 Avqust 2026

Yaponiyanın 2 adası təcili boşaldılır - VİDEO

Güclü "Dolfin" tayfununun yaratdığı daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən Yaponiyanın ən cənub prefekturası olan Okinava və Amami adalarının təxminən 175 min sakininə ərazini tərk etmək göstərişi verilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, sinoptiklər bu bölgələrə gün ərzində 300 millimetrədək yağıntı düşəcəyini proqnozlaşdırırlar.

Məlumata görə, okean üzərində tayfun zonasında küləyin sürəti saniyədə 60 metrə, Okinavanın inzibati mərkəzi hesab olunan Naha şəhərində isə 30 metrə çatır. Məlumata görə, təbii fəlakət bölgəsində 44 minə qədər ev elektrik enerjisiz qalıb, küçələrdə işıqforlar işləmir.

Hazırda "Dolfin" tayfunu saatda təqribən 10 kilometr sürətlə Okinavadan uzaqlaşaraq Çin sahilləri istiqamətində hərəkətini davam etdirir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az