ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı TRIPP layihəsinin hazırkı vəziyyəti müzakirə olunub.
Həmçinin Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə keçirilmiş Sülh Sammitinin təşkilinə, həmçinin Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş sülh bəyannaməsini şahid qismində imzalamasına görə Trampa təşəkkürünü bildirib.
Ermənistanın Baş nazirinə görə, sülhün bərqərar olmasında ABŞ Prezidentinin şəxsi səyləri həlledici rol oynayıb.