logo
logo logo
logo

Putin Pezeşkianla müzakirə apardı

20:46 - 01 Sentyabr 2026

Putin Pezeşkianla müzakirə apardı

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian ŞƏT sammiti çərçivəsində Bişkekdə keçirilən görüşdə Yaxın Şərqdəki vəziyyəti, Tehran və Vaşinqton arasında atəşkəs razılaşmasını müzakirə ediblər.


Manset.az Report-a istinadən xəbər verir ki, Putin görüşdə, xüsusilə, bildirib ki, iyun ayındakı İran-ABŞ atəşkəs razılaşması qeyri-sabit və zəif olub.

"Biz bu ilin iyununda İran-ABŞ atəşkəs memorandumunun bağlanmasını məmnuniyyətlə qarşıladıq, lakin, təəssüf ki, atəşkəs qeyri-sabit və çox zəif oldu", - o qeyd edib.

Pezeşkian öz növbəsində Vaşinqtonun da öz öhdəliklərinin icrasını bərpa edəcəyi şərtilə, İranın ABŞ ilə memoranduma əməl etməyə qayıtmağa hazır olduğunu bildirib.

"Əgər ABŞ bu memorandumda müəyyən edilmiş öhdəliklərə əməl etməyə qayıdarsa, o zaman biz də qayıdacağıq və bütün bu tədbirlərə riayət edəcəyik", - İran prezidenti deyib.

Pezeşkian həmçinin bildirib ki, ABŞ-nin öz tələblərini İrana qəbul etdirmək hüququ yoxdur və birtərəfli hərəkətlərə qarşı mübarizənin zəruriliyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az