logo
logo logo
logo

"ABŞ-nin hücumlarına sarsıdıcı zərbələrlə cavab veriləcək"

22:28 - 01 Sentyabr 2026

\"ABŞ-nin hücumlarına sarsıdıcı zərbələrlə cavab veriləcək\"

İran Silahlı Qüvvələri Baş Qərargahı bəyanatında ABŞ ordusunun Sistan və Bəlucistan və Hörmüzgan ostanlarının bəzi ərazilərinə endirdiyi hava zərbələrinə cavab veriləcəyini açıqlayıb.


Manset.az-ın APA-ya istinadən məlumatına görə, bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri ABŞ-yə sarsıdıcı və ağır zərbələr endirəcək.

Qeyd olunub ki, ABŞ ordusu regionda təxribatlarını davam etdirməkdə israr edərsə, daha böyük və ağır itkilərlə üzləşəcək.

    “Dəfələrlə bəyan etmişik və qərar vermişik ki, heç bir şəraitdə qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və ABŞ-yə ağır bədəl ödədəcəyik”, - İran Silahlı Qüvvələri Baş Qərargahı vurğulayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az