Mərmərə dənizində, Silivri sahilləri yaxınlığında "ALSU" tankeri ilə "Tuğberk İmamoğlu" adlı quru yük gəmisinin toqquşmasından sonra həmin ərazidə aparılan axtarış-xilasetmə işlərinin ilk görüntüləri yayılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, 10 nəfərlik heyəti olan "Tuğberk İmamoğlu" gəmisinin batdığı ehtimal edilsə də, dəniz və hava yolu ilə axtarış-xilasetmə əməliyyatları davam edir.