Misirin Cənubi Sinay əyalətində sərnişin avtobusu aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Misir Səhiyyə və Əhali Nazirliyinin açıqlamasında bildirilib ki, qəza səhər saatlarında Cənubi Sinay əyalətindəki Dahab-Nuveyba magistral yolunda baş verib. Məlumata görə, sərnişin avtobusunun hərəkətdə olarkən aşması nəticəsində 16 nəfər hadisə yerində həyatını itirib, 28 nəfər isə xəsarət alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə 20 təcili tibbi yardım maşını göndərilib. Nazirlik rəsmiləri bildiriblər ki, xəsarət alanlara xəstəxanalara aparılmazdan əvvəl ilkin tibbi yardım göstərilib və hazırda onların səhhəti yaxından izlənilir.
Qəza ilə bağlı araşdırmaya başlanıldığı qeyd olunub.