logo
logo logo
logo

“Tramp Kim Çenlə görüşməyə hazırdır”

12:51 - 02 Sentyabr 2026

“Tramp Kim Çenlə görüşməyə hazırdır”

Ağ Ev bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla ilkin şərtlər olmadan görüşməyə hazırdır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəsmisi "Yonhap" xəbər agentliyinin ABŞ və Şimali Koreya liderləri səviyyəsində mümkün sammitə hazırlıq işlərinin aparılıb-aparılmadığına dair sualını cavablandırıb.

Trampın ilk prezidentlik dövründə Şimali Koreya lideri Kim Çen In ilə Koreya yarımadasına "sabitlik gətirən" üç sammit keçirdiyini xatırladan rəsmi bildirib: "ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib. Prezident Tramp Kim ilə heç bir ilkin şərt olmadan görüşməyə hazırdır".

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Milli Assambleyanın kəşfiyyat komitəsinə təqdim etdiyi məlumatda "Şimali Koreya-ABŞ sammitinin (Tramp və Kim arasında mümkün görüşün) istənilən vaxt baş tuta biləcəyi" mesajını çatdırıb.

Avqustun 19-da verdiyi açıqlamada Tramp Şimali Koreya lideri Kim ilə yaxşı münasibətlərə malik olduğunu qeyd edib və ilin sonuna doğru onunla görüşə biləcəyinə işarə vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az