Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Tufan Erhürman Girne sahillərində batan gəminin yerinin müəyyən edildiyini açıqlayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Tufan Erhürman, Girne sahillərində baş vermiş dəniz qəzasından sonra həyata keçirilən axtarış və görüntüləmə işləri ilə bağlı açıqlama verib.
Erhürman açıqlamasında bildirib: "TCG Alemdar gəmisi də əraziyə çatıb. O, TCG Işın gəmisi ilə eyni texnologiyaya malikdir. Batmış gəminin yeri müəyyən edilib. Görüntüləmə və axtarış işləri sutka ərzində davam edir və fasiləsiz olaraq davam etdiriləcək".
"Filo Jet" adlı sərnişin bərəsi avqustun 31-də günorta saatlarında ŞKTR-in Girne şəhərindən Mersinin Taşucu limanına hərəkət edərkən aşıb batmışdı. ŞKTR tarixindəki ən böyük dəniz qəzası olan bu hadisədə indiyədək səkkiz nəfərin cəsədi tapılıb.
Qəza nəticəsində itkin düşən 20 nəfərin tapılması məqsədilə axtarış-xilasetmə əməliyyatları artıq dörd gündür ki, davam edir.