Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus İngiltərənin "Hull City" komandasının heyət dəyəri 60 milyon avrodan 260 milyon avroya yüksəlib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Acun Ilıcalıya məxsus olan Premyer Liqa klubu "Hull City" mövsümöncəsi transferləri ilə diqqət çəkib. Ilıcalının həyata keçirdiyi transferlər sayəsində İngiltərə təmsilçisinin heyətinin dəyəri 60 milyon avrodan 260 milyon avroya yüksəlib.
Ötən mövsüm azarkeşlərə Premyer Liqaya yüksəlmək hədəfi vəd edən Acun Ilıcalı, yeni mövsüm ərəfəsində heyəti əhəmiyyətli transferlərlə gücləndirib. Bu transferlər "Hull City"ni transfer xərcləri baxımından dünya miqyasında 11-ci pilləyə daşıyıb.