logo
logo logo
logo

ABŞ-də ildırım vuran şəxs sağ qaldı - VİDEO  

16:00 - 02 Sentyabr 2026

ABŞ-də ildırım vuran şəxs sağ qaldı - VİDEO  

Nyu-Yorkun (ABŞ) Steyten-Aylend rayonunda yaşayan kişini ildırım vursa da, sağ qalmağı bacarıb.


Manset.az xəbər verir ki, zərərçəkən Tomas Fahmi "NBC News"a açıqlamasında bildirib ki, hadisə avtomobilindən 5 metr aralıda baş verib.

İldırım çaxan an yerə yıxılan kişi hər iki ayağında şiddətli yanğı, göynəmə, keyləşmə və kəskin ağrı hiss etdiyini deyib. Bunun ardınca ABŞ-li ayağa qalxaraq kömək çağırmaq məqsədilə yaxınlıqdakı evə doğru gedib.

Hadisə nəticəsində sözügedən şəxs ciddi xəsarətlər almayıb. O, xəstəxanaya yerləşdirilib və zəruri tibbi yardım göstərildikdən sonra növbəti gün evə buraxılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az