logo
logo logo
logo

İki ailə arasında silahlı insident - 1 ölü, 12 yaralı 

22:31 - 18 Sentyabr 2026

İki ailə arasında silahlı insident - 1 ölü, 12 yaralı 

Türkiyənin Ərzurum vilayətinin Yakutiye rayonunda iki ailə arasında silahlı insident baş verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində müdaxilə edən polis əməkdaşı da daxil olmaqla 12 nəfər yaralanıb.

Kazım Karabəkir məhəlləsinin Gölbaşı ərazisində aralarında əvvəlcədən ədavət olan iki ailə arasında silahlı insident baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım briqadası göndərilib.

Tərəflərin bir-birinə atəş açdığı hadisə zamanı başına saçma dəyən polis əməkdaşı və 11 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Polis əməkdaşının vəziyyətinin yaxşı olduğu, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az