Ukraynanın dron hücumu səbəbindən Moskva hava limanlarında 400-dən çox uçuş təxirə salınıb.
Manset.az xəbər verir ki, ötən gecədən intensivləşən dron hücumları Rusiya paytaxtının hava limanlarının fəaliyyətini iflic edib.
Bildirilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Moskvaya edilən ən böyük dron hücumu fonunda paytaxtın hava qovşağındakı hava limanlarında bəzi uçuşların vaxtı dəyişdirilib və uçuşlar ləğv edilib.
Vnukovo Hava Limanında günün əvvəlindən bəri 11 uçuş ləğv edilib, 129 uçuş təxirə salınıb. Şeremetyevo Hava Limanında 247, Domodedovo Hava Limanında 27 uçuş təxirə salınıb və bir uçuş ləğv edilib. Jukovski Hava Limanında isə iki uçuş ləğv edilib, yeddi uçuş təxirə salınıb.