logo
logo logo
logo

Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər

08:10 - 21 Sentyabr 2026

Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna lideri öz "Telegram" kanalında bildirib.

"Bir qədər əvvəl Prezident Trampla danışdım. Mühüm söhbət oldu və bir çox məsələləri müzakirə etməyə vaxtımız çatdı. Nyu-Yorkda görüşmək barədə razılığa gəldik", - deyə Zelenski yazıb.

O, vurğulayıb ki, görüş "çox şeyi dəyişə bilər".

Qeyd edək ki, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi başlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az