Bu gün, sentyabrın 21-də Ermənistan Müstəqillik Gününü qeyd edir.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, 1991-ci il sentyabrın 21-də Ermənistanın Müstəqillik Bəyannaməsinin müddəalarına əsasən, respublikanın parlamenti ölkə ərazisində SSRİ-nin tərkibindən çıxmaq və müstəqillik əldə etmək məqsədilə referendum keçirilməsi barədə qərar qəbul edib.
Referendumda seçki hüququna malik vətəndaşların böyük əksəriyyəti – 94,39 faizi, yəni 2 milyon 43 min nəfər Ermənistanın müstəqilliyinə “hə” deyib.
Referendumun nəticələrinə əsasən, 1991-ci il sentyabrın 23-də Ermənistan Ali Soveti ölkəni müstəqil dövlət elan edib.
1991-ci il ərzində Ermənistan Respublikasının müstəqilliyini 48 dövlət tanıyıb.
1992-ci il martın 2-də isə Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü olub.