logo
logo logo
logo

Uçuşlar və qatar reysləri dayandırıldı - Yaponiyada tayfun həyəcanı

11:36 - 21 Sentyabr 2026

Uçuşlar və qatar reysləri dayandırıldı - Yaponiyada tayfun həyəcanı

Yaponiyanın şərq sahillərinə doğru irəliləyən güclü Dujuan tayfunu ölkədə nəqliyyatda ciddi problemlərə səbəb olub, bir sıra turizm məkanlarının fəaliyyətini dayandırmasına gətirib çıxarıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, saniyədə 126 kilometr sürətlə hərəkət edən, küləyin sürəti isə 180 kilometrə çatan tayfunun bazar ertəsi Tokionun yaxınlığındakı Çiba prefekturasında yerləşən Boso yarımadası ərazisindən keçəcəyi gözlənilir.

“All Nippon Airways” güclü yağış və küləyin təsir etdiyi Tokionun cənubundakı Hachijo adasına uçuşları ləğv edib. Narita hava limanının yerləşdiyi Çiba prefekturasında isə bəzi qatar reysləri dayandırılıb.

Yaponiya Meteorologiya Agentliyi tayfunun çərşənbə axşamına qədər rekord miqdarda yağıntıya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Sahilyanı ərazilərdə yaşayan sakinlərə sürüşmə və daşqın təhlükəsinə qarşı diqqətli olmaları tövsiyə olunub.

Tokai bölgəsində yağıntının 350 millimetrə çatacağı proqnozlaşdırılır.

İlin 25-ci tayfunu olan Dujuan beşgünlük tətil günlərinə təsadüf edib. Bu səbəbdən “Rock in Japan” musiqi festivalının və “Tokyo Game Show” çərçivəsində bəzi tədbirlərin ləğv edildiyi bildirilir.

Aichi prefekturası və Naqoyada keçirilən Asiya Oyunlarının açılış mərasiminə iştirak da tayfunla bağlı narahatlıqlar səbəbindən azalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az