İstintaq çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılan tanınmış aktrisa Melis Sezenin polis idarəsində verdiyi ifadə məlum olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa haqqında irəli sürülən narkotik vasitələrdən istifadə və onların əldə edilməsi ilə bağlı ittihamları rədd edib, aylıq gəlirinin isə təxminən 400 min Türk lirəsi (TL) olduğunu bildirib.
Aktrisa ifadəsində ömrü boyu narkotik maddələrdən istifadə etmədiyini və bu cür vərdişləri qətiyyən dəstəkləmədiyini vurğulayıb.
Narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərlə heç bir əlaqəsinin olmadığını müdafiə edən Sezen heç kimi vasitəçi kimi istifadə etmədiyini və bu şəxslərlə bağlı hər hansı pul köçürməsi həyata keçirmədiyini bildiriib.
Gecə həyatının demək olar ki, olmadığını qeyd edən aktrisa peşəsi ilə əlaqədar qatıldığı tədbirlərdən başqa ziyafət və ya oxşar təşkilatlarda iştirak etmədiyini deyib.