logo
logo logo
logo

Hicabsız qaçan yüzlərlə qadına cinayət işi açıldı

13:35 - 21 Sentyabr 2026

Hicabsız qaçan yüzlərlə qadına cinayət işi açıldı

Tehran Prokurorluğu sentyabrın 18-də Velayət parkında keçirilən 10 kilometrlik qaçış yarışı ilə bağlı cinayət işi açıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, yarışda qadın və kişilər iştirak edib. Yarış zamanı bəzi qadın iştirakçıların hicab qaydalarına əməl etməməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Prokurorluq yarış zamanı “qanuni və dini qaydalara əməl edilmədiyini” bildirib.

“Fars” agentliyinin məlumatına görə, təşkilatçılar yarışın Daxili İşlər Nazirliyi və Tehran Atletika Federasiyasının icazəsi ilə keçirildiyini deyiblər. Federasiya isə iştirakçılardan İslam qaydalarına və hicab tələblərinə riayət edəcəklərinə dair yazılı öhdəlik alındığını açıqlayıb.

Tehran vilayətinin İdman Departamentinin rəhbəri Həbib Satude-Nejad bildirib ki, tədbirə icazə regional təhlükəsizlik şurası tərəfindən verilib. Qaydaları pozduğu müəyyən edilən idmançılarla bağlı inzibati və intizam tədbirləri görüləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az