logo
logo logo
logo

İran prezidentinin mətbuat heyətinə ABŞ vizası verilmədi

21:45 - 21 Sentyabr 2026

İran prezidentinin mətbuat heyətinə ABŞ vizası verilmədi

BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sabah səhər ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək İran Prezidenti Məsud Pezeşkiana mətbuat heyətinin üzvlərinə viza verilməyib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Prezident Aparatının İctimaiyyətlə Əlaqələr üzrə baş direktoru Həbibullah Abbasi Məsud Pezeşkiyanın sabah başlayacaq ABŞ səfəri ilə bağlı açıqlama verib.

Abbasi bildirib ki, Pezeşkiyanın mətbuat heyətinə ABŞ vizası verilməyib. Buna baxmayaraq, ikitərəfli görüşlərlə bağlı yeniliklərin ictimaiyyətə çatdırılacağını deyib.

O qeyd edib ki, Pezeşkiyanın ABŞ səfəri beş gün davam edəcək, lakin bu müddətin iki günü yolda keçəcək.

Abbasi bildirib ki, səfər zamanı İran prezidentini Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzai və Prezident Aparatının Mərasim və Protokol İşləri üzrə rəhbər müavini Seyid Abbas Musevi müşayiət edəcək.

Onun sözlərinə görə, Pezeşkiyan səfər çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə də görüşəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az