logo
logo logo
logo

“Rusiyanın Ukraynaya qarşı müharibəsi sona çatdırılmalıdır” - Zelenski 

21:54 - 21 Sentyabr 2026

“Rusiyanın Ukraynaya qarşı müharibəsi sona çatdırılmalıdır” - Zelenski 

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılması üçün ABŞ tərəfi ilə işlərini davam etdirdiklərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabında paylaşım edərək ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı çağırışını dəyərləndirib.

Müharibənin başlanğıcından etibarən sülh üçün səylərini davam etdirdiklərini vurğulayan Zelenski “Rusiyanın Ukraynaya və sağlam düşüncəyə qarşı apardığı bu müharibə həqiqətən sona çatdırılmalıdır” deyə bildirib.

Zelenski müharibənin mənfi təsirlərinin getdikcə artdığına diqqət çəkərək qeyd edib:

“Tammiqyaslı işğalın ilk ilindən etibarən bunun nəticələri geniş əraziyə yayıldı. Bu müharibəni ləyaqətli şəkildə başa çatdırmaq, təhlükəsizliyi təmin etmək və Rusiyanın yeni işğallarının qarşısını almaq yolları ilə bağlı artıq onlarla diplomatik təklif irəli sürmüşük”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az