Dünyanın ən uğurlu və sevilən supermodellərindən biri Sindi Kroufordun özü kimi model olan oğlu Presli Gerber 27 yaşında həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı Kaya adlı qız övladları da olan məşhur ailə oğullarının ölümü ilə sarsılıb.
60 yaşlı supermodel Sindi Krouford və 64 yaşlı milyonçu iş adamı, həyat yoldaşı Rande Gerber 27 yaşlı oğulları Preslinin şübhəli dozadan artıq maddə qəbulu nəticəsində faciəvi şəkildə ölümündən sonra ilk dəfə dünən görüntüləniblər. Cütlük dünən axşam saatlarında Hollivudda mərhum oğullarının yaşadığı evdən çıxarkən görüntülənib.
Övladlarının evindən avtomobillə uzaqlaşan kədərli valideynlər diqqət mərkəzindən yayınmağa çalışıblar. Avtomobili Rande Gerber idarə edib. Sərnişin oturacağında əyləşən Krouford isə tünd rəngli gün eynəyi və papaq taxaraq üzünü və gözlərini gizlətməyə çalışıb.