logo
logo logo
logo

Tramp Netahyahu ilə görüşməyəcək?

15:40 - 23 Sentyabr 2026

Tramp Netahyahu ilə görüşməyəcək?

ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardından, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfər edən İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşünün nəzərdə tutulmaması diqqət çəkib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, qeyd olunur ki, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində Netanyahu Nyu-York səfərini qısamüddətli tutmağı planlaşdırır. İsrail Baş naziri BMT Baş Assambleyasının iclasında çıxış etdikdən dərhal sonra ABŞ-ni tərk edəcək.

ABŞ rəsmiləri tərəfindən verilən açıqlamada hər iki liderin iş qrafiklərinin üst-üstə düşməməsi səbəbindən görüşün baş tutmasının gözlənilmədiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az