logo
logo logo
logo

Almaniyada silahlı insident zamanı qaçan iki qadın polis işdən çıxarıldı    

16:11 - 25 Sentyabr 2026

Almaniyada silahlı insident zamanı qaçan iki qadın polis işdən çıxarıldı    

Almaniyanın Gevelsberq şəhərində 2020-ci ildə baş verən silahlı insident zamanı hadisə yerini və yaralanan həmkarlarını tərk edən iki qadın polis əmək vəzifələrini pozduqları üçün xidmətdən xaric ediliblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Münster İnzibati Məhkəməsinin açıqlamasında iki polis əməkdaşına qarşı ən ağır intizam tənbehi olan xidmətdən xaricetmə qərarının qəbul edildiyi bildirilib.

Məhkəmənin qərarına əsasən, iki polis əməkdaşının dövlət qulluğu ilə bağlı xidməti münasibətlərinə xitam verilib.

Beləliklə, 32 və 37 yaşlı iki qadın bundan sonra polis əməkdaşı kimi fəaliyyət göstərə bilməyəcək və əyalət dövlət qulluqçusu statusunu itirəcək.

Qərarın hələ qüvvəyə minmədiyi və tərəflərin Şimali Reyn-Vestfaliya Ali İnzibati Məhkəməsinə apellyasiya şikayəti verə biləcəyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az