İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-dən alınan son təklifin xarici işlər naziri Abbas Əraqçi tərəfindən Prezident Məsud Pezeşkiana təqdim edildiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mühacirani jurnalistlərə açıqlamasında ABŞ-nin təklifi barədə məlumat verib.
O bildirib ki, Əraqçi ABŞ-nin təklifini alaraq nəzərdən keçirilməsi üçün Prezident Pezeşkiana təqdim edib. Mühacirani təklifin Nazirlər Kabinetinin iclasında müzakirə ediləcəyini qeyd edib.
Mühacirani həmçinin deyib:
"Düşmənin İranı siyasi baxımdan təcrid etmək cəhdlərinə baxmayaraq, İran nümayəndə heyəti çoxsaylı Avropa ölkələrinin, Fars (Bəsrə) körfəzinə sahili olan ölkələrin və digər dövlətlərin rəsmiləri ilə intensiv diplomatik görüşlər keçirib".