Rusiya Ukraynanın Kramatorsk şəhərində avtobus dayanacağına zərbə endirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 12 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilib.
Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin açıqlamasında bildirib:
“Bunlar müharibənin nəticələri və ya quru statistik rəqəmlər deyil. Bunlar Rusiya ordusu tərəfindən öldürülən insanlardır. Rusiya Ukrayna torpaqlarına ölüm gətirir”.