Türkiyənin Qaziantep şəhərində gecə mübahisəsi zamanı 12 yaşlı H.G. tərəfindən bıçaqlanan Suriya vətəndaşı 16 yaşlı Məhəmməd Salihin cəsədi təhvil verilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə prosesi davam edir və uşaq H.G. saxlanılıb. Hadisə gecə saatlarında Kahvelipınar məhəlləsində baş verib. Məlumata görə, Məhəmməd Salih ilə H.G. arasında üstündə mübahisə yaranıb. Mübahisə davaya çevrilib və H.G. üzərindəki bıçaqla Salihi sinəsindən və qasıq nahiyəsindən bıçaqlayıb.