Sakit okeanda yerləşən ada dövləti Vanuatu sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Vanuatu ərazisindəki Port-Olri bölgəsindən 197 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 16 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib. Hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.