Rusiya Xarici İşlər Nazirliyi Riqadakı səfirliyinin konsulluq şöbəsinə bağlı sosial təminat bölməsində çalışan bütün əməkdaşların işdən çıxarılmasını tələb etdiyinə görə Latviyaya etiraz notası təqdim edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Latviyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Romano Krasovskanın Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Görüş zamanı Latviya Xarici İşlər Nazirliyinin Riqadakı Rusiya səfirliyinin konsulluq şöbəsinə bağlı sosial təminat bölməsinin bütün əməkdaşlarının işdən çıxarılmasını tələb etməsinə kəskin etiraz bildirilib.
Açıqlamada qeyd olunub ki, bu tələb Latviyada yaşayan təxminən 6 min keçmiş rusiyalı hərbçinin və onların ailə üzvlərinin pensiya ödənişlərini və sosial təminatını təhlükə altına qoyur.