logo
logo logo
logo

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı 

14:48 - 23 Oktyabr 2026

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı 

Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 24 kilometr aralıda “Khoryv” ticarət gəmisi batıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib.

Göyərtədə 13 nəfər, 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara görə, 9 dənizçi xilas edilib, 1 nəfər həlak olub, daha 3 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti və zəif görünüş əməliyyatı çətinləşdirir.

Azərbaycan vətəndaşlarının xilas edilənlər, ölən və ya itkin düşənlər arasında olub-olmadığı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az