logo
logo logo
logo

Bakıya uçan təyyarə havaya qalxa bilmədi

14:45 - 31 Oktyabr 2026

Bakıya uçan təyyarə havaya qalxa bilmədi

Rusiyada baş verən intensiv PUA hücumları səbəbindən bir sıra hava limanlarında onlarla uçuş təxirə salınıb, bəzi reyslər isə ümumiyyətlə ləğv edilib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, ötən gecə və bu səhər Rusiyanın bir sıra hava limanlarında uçuşların ləğvi və gecikmələri müşahidə olunub.

Xüsusilə Moskva və Sankt-Peterburqdakı hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Pulkovoda - vəziyyət daha ciddi xarakter daşıyır və uçuş cədvəllərində ciddi ləngimələr yaranıb. Onlarla uçuş gecikdirilib, bəziləri tamamilə ləğv edilib, bir çox digər reyslərin isə gəliş vaxtları dəyişdirilib.

Ləngimələr daha çox İstanbul, Antalya, Dubay, Soçi və Mərkəzi Asiya istiqamətləri üzrə səyahət edən sərnişinlərin planlarına təsir göstərib.

Qeyd edək ki, ləngiyən reyslər siyahısında "Azərbaycan Hava Yolları"nın (AZAL) J2 182 saylı Bakı istiqamətli uçuşu da yer alır. Həmin təyyarənin havaya qalxma vaxtı da dəyişdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az