İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın yaratdığı Birləşmiş Krallıqda daimi yaşayış icazəsi və vətəndaşlıq şərtlərində bir sıra mühüm dəyişikliklər edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin daxili işlər naziri Şabana Mahmud (Shabana Mahmood) genişmiqyaslı yenilikləri ehtiva edən planlarını açıqlayıb.
Ölkə miqyasında qüvvəyə minəcək yeni miqrasiya strategiyasının təfərrüatlarını diqqətə çatdıran daxili işlər naziri bildirib ki, əcnəbilərin Birləşmiş Krallıqda süresiz (daimi) oturum izni alması üçün tələb olunan standart yaşayış müddəti iki dəfə artırılaraq 5 ildən 10 ilə qaldırılır.
Yeni nizamlamaya əsasən, 10 illik müddətə şamil edilən müraciətçilər daimi yaşayış hüququ əldə etməzdən əvvəlki son 7 ilin ən azı 5 ilində illik minimum 12 571 sterlinq qazanc əldə etdiklərini sənədlə təsdiqləməlidirlər.