logo
logo logo
logo

İranın mərkəzində təhdid dolu afişa - "Trampı öldürəcəyik!"

16:50 - 03 Noyabr 2026

İranın mərkəzində təhdid dolu afişa - \"Trampı öldürəcəyik!\"

İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampın parmaklıqlar arxasında əks olunduğu və üzərində "Trampı öldürəcəyik" yazılmış bir afişa asılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tehranın mühüm nöqtələrindən biri olan İnqilab Meydanına asılan nəhəng afişada ABŞ Prezidenti Tramp simvolik olaraq barmaqlıqlar arxasında təsvir edilib, plakatın üzərində isə ingilis və fars dillərində "Trampı öldürəcəyik" mesajı qeyd olunub.

Meydanın başqa bir hissəsində isə ABŞ Prezidenti Donald Tramp, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof (Steve Witkoff), ABŞ vitse-prezidenti Cey Di Vens (JD Vance) və İsrailin Baş naziri Binyamin Netanyahunun yorğun və geyimləri cırılmış vəziyyətdə təsvir edildiyi rəsm əsəri nümayiş etdirilib.

Sözügedən rəsmdə yanmış və cırılmış ABŞ ilə İsrail bayraqları da yer alıb. Meydanda toplaşan təqribən 500 nəfərlik kütlə kiçikmiqyaslı etiraz aksiyası keçirib.

İran və "Hizbullah" bayraqları daşıyan nümayişçilər ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. Bəzi iştirakçılar Trampın şəklinin əks olunduğu lövhələri ayaqları altına alaraq tapdalayıblar.

Aksiyaya qatılan bəzi şəxslərin isə kəfən geyindikləri müşahidə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az